İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə təbiət,
cəmiyyət və təfəkkürün mahiyyətınin və qanuna-uyğunluqlarının dərk edilməsinə
kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi
dünya-görüşə yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir,
ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və
səbəbləri haqqında elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf
qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat proqramı tutur.
Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında
ümumiləşdirir, dünyagörüşü faktına çevirir.
Fəlsəfə mövcudatın əsası, varlıq,
materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını
işləyib hazırlayarkən özünün ontolojı
funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos"
(təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə
özünün praksioloji («praktikos»
- yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları
ilə isə aksioloji («aksios»
- yunanca dəyər, sərvət deməkdir) fünksiyasını
həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri
forması olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi
ideya və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan
ibarət olmuşdur.
Metodoloji
funksiya cəhətdən
fəlsəfə, dialektik metod prinsiplərinə (ziddiyyətlilik, inkarlıq, yeninin
qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana təbii və sosial
gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və
metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət
hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün
formalarını tənzim edərək inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib
onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir.
Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə
əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və
s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı
münasibətinin rol və əhəmiyyətini müəyyən edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və
gələcək insan fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri
dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir.
Lakin fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən konkret-tarixi
şəraitdə onun sinfi-siyasi məzmun kəsb
etməsini də rədd etmir. Tarix sahəsində mübarizə aparan qüvvələr,
xüsusilə XX əsrin sonlarında, inkişaf meyli seçərkən və bəşəri dəyərləri
qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi mənafeləri baxımından hərəkət
edirlər. Bu baxımdan fəlsəfədə materializm və idealizm cərəyanlarının,
dialektik dayanmasını, fəlsəfi nəzəriyyələrin sosial istiqamət götürməsini bir
çoxları «fəlsəfənin partiyalılığı» anlayışı ilə ifadə etmişdir. Bunu, kobud
mənada, bu və ya digər filosofun bu və ya digər partiyaya və sosial qruplaşmaya
mənsub olması kimi başa düşmək düzgün deyildir. Fəlsəfənin partiyalılığı - fəlsəfi konsepsiyanın sosial
istıqamətlənməsi, müəyyən sinfin, millət və cəmiyyətin sosial-iqtisadi və
siyasi mənafeyini əks etdirməsi, bəşəri sərvətləri (dəyərləri) qiymətləndirməsi
və s. mənada başa düşülməlidir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə
müraciət edir. 0, yeni-yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında
mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik
baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin
inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini
tapmaq, aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və
boyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini
yaratmaq imkanı verir. Məhz bu yolla şəxs inkişafın qanunauyğun, daxili,
zəruri, mahiyyətli əlaqə və münasibətlərini dərk edir, ehtimallı
proqnozlaşdırmalar aparır, ümumi hipotezlər, ehtimallar, nəzəriyyələr yaradır.
Fəlsəifənin tənqidi
funksiyası da vardır. Belə
ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi
təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb fəlsəfi
problemlərin müasir həllini verməyə çalışmışdır. Dünya haqqında yeni fəlsəfi
baxışların hazırlanması prosesi, həmişə müxtəlif növ yanılmaların, gerçəkliyin
dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a. tənqidi təhlili yolu
ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane olan hər şeyin
- ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin tamamilə
aradan qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün inkişafı tarixi köhnəliyə
qarşı yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi
funksiyasını necə həyata keçirdiyinə dair zəngin nəzəri və konkret material
verir.
Hiç yorum yok:
Yorum Gönder