Elmlərin ən
qədimlərindən biri, insan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən
qədim sahələrindən biridir. Əvvələr o, «
elmlər elmi » adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması,
varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mə'nasını
məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə
– Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. YII – YI
əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
İlk dəfə “fəlsəfə” sözünü yunan
mütəfəkkiri Pifaqor (e.ə.YI əsr)
işlətmiş və özünü filosof
adlandırmışdır. «Fəlsəfə» etimoloji
baxımdan yunanca «phileo» – «sevirəm»
və «sopia» - «hikmət» sözlərinin birləşməsindən
əmələ gəlib, mə'nası isə «hikməti
sevmək» deməkdir.. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mə'nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan
filosofu və alimi Nəsrəddin Tusi məşhur
«Əxlaqi – Nasiri» əsərində hikmətin mə'nasını belə izah edir: «Mə'rifət
sahibləri arasında hər şeyi olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun
nəticəsində insanın mə'nəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən
səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən
pirani şəxslər, adatən, müdrik adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə
müdrikliklə bağlıdır. Qədim
yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Mudriklik
qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda natiqliyi, siyasəti,
idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına oyrədən müəllimlərə
sofistlər (sofos - müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə
canatmaq insan xasiyyətinə daxilən xas olan
əlamətdir. Bu səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş,
insanı «hər şeyin me'yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini
öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu
cəhətdən fərqləniblər.
Qədim Şərqdə müdriklərə heç də yunanlar
kimi filosof deyilmirdi. Məsələn, Çində fələsəfənin tarixi çox qədim olsa da, həmin
istilahın özü burada XIX əsrdən geniş yayılmağa başlamışdır. Yaxud, «Avesta»da
«filosof» yox, «müdrik adamlar», «müdrikliyə çatdıran» sözlərinə daha çox rast gəlmək
olur.
Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen
Layırtli «Məşhur filosofların həyatı, tə'limləri və deyimləri haqqında» əsərində
İran mağlarının insan, cəmiyyət, ədalət, xeyirxaxlıq haqqında fikirlərinin yunan
filosflarına böyük tə'sir göstərdiyini qeyd etmişdir. Deyinlər belə bir nəticə gəlməyə
əsas verir ki, fəlsəfənin mənşəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanda deyil, qədim Şərqlə bağlıdır.
Ümüdünya tarixi prosesi idealizm mövqeyindən izah edən Hegel bildirmişdir ki, mütləq ruh Şərqdən Qərbə Doğru hərəkət etmiş,
onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.
Fəlsəfənin təməlində müdriklik
dursa da, ən'ənəvi müdriklə filosofluq eyni deyildir. Tarixən müdirlik qədimdir.
İki min beş yüz illik fəlsəfə tarixində çoxlu məktəblərin, itsqamət və cərəyanların
yaranması təsadüfi deyildir. Dünya fəlsəfi mədəniyyəti bu yolla formalaşıb inkişaf
etmişdir. Beləliklə, müdriklik üzərində
yüksələn fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə
çevrilmişdir.
Fəlsəfənin
başlıca mə'nası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara dayır
cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insanlar üçün
həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrin
fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu həmişəkindən daha böyük
əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmi-texniki, sosial və siyasi
tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini
təklif etmir. Onun əsl mahiyyəti həqiqəti
dərk etməyin əbədi axtarışında olmasındadır. Təbiət elmləri – fizika, riyaziyyat,
kimya və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar. Lakin varlığa, təfəkkürə,
həyata, mə'nəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və həmişəlik həllini
vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr obyekti olmuş
və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də «əbədi
məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu cəhətdən
müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.
Dünya,
kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? Mə'nəvi və
maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dünyadakı yeri
nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? Həqiqət nədir?
Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını həmişə düşündürən
bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən etmək zərurətindən irəli
gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca dünyagörüşü mahiyyətli
suallara cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də
müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tə'rifləri verilir. Onların
hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin
ən ümumi prinsipləri haqqında elm kimi tə'rif verilmişdir.
Hiç yorum yok:
Yorum Gönder